Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşkilatlar Azərbaycana qarşı heç vaxt qərəzsiz, ədalətli olmayıblar

Beynəlxalq təşkilatlar Azərbaycana qarşı heç vaxt qərəzsiz, ədalətli olmayıblar


“Əslində beynəlxalq təşkilatlar Azərbaycana qarşı heç vaxt qərəzsiz, ədalətli olmayıblar. Biz bunun uzun illərdir ki, şahidiyik, bunu görürük və yaşaya-yaşaya gəlirik”.

Bu fikirləri Newscenter.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov Avropa Parıamentin illik hesabatı və hesabatda Azərbaycanla bağlı yer alan məqamlara diqqət çəkərkən səsləndirib. O bildirib ki, insan hüquqlarından danışan beynəlxalq təşkilatlar doğurdan da bu prinsipə sadiq qalsaydılar, o halda soydaşlarımız 30 ilə yaxın çətinliklər, məhrumiyyətlərlə qarşılaşmazdılar:

“Təəssüflər olsun ki, həmin təşkilatlar öz nizamnamələrinə uyğun olaraq üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməyi bacarmadılar. Eyni zamanda uzun illər Ermənistanın işğalçılıq siyasətinin qurbanı olmuş qaçqın və məcburi köçkünlərimizə qarşı ədalətsiz davrandılar”.

Ramil Hüseynov qeyd edib ki, bu gün həmin beynəlxalq təşkilatlar öz qərəzli, ədalətsiz yanaşmaları, maddi maraqlarının təmin edilməsi üçün oynadıqları oyunlardan dolayı dünya miqyasında tamamilə nüfuzdan düşürlər:

“Əgər onların nüfuzları olsaydı öz imzalarına, qəbul etdikləri qərarlara hörmətlə yanaşardılar. Ancaq biz bunların heç birini görmürük və ona görə də həmin təşkilatların bəyanatlarını da ciddi hesab etmirik. Bizim üçün əsas olan Azərbaycan dövləti, xalqının 30 ildən sonra əldə etdiyi nailiyyətdir, tarixi qələbədir. Ona görə də bizə qarşı bu cür qərəzli münasibət sərgiləyirlər”.

Süleyman
Xəbəri paylaş