Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanla keçirilən görüşlərdə vasitəçilərin iştirakı heç bir müsbət perspektiv yaratmır

Ermənistanla keçirilən görüşlərdə vasitəçilərin iştirakı heç bir müsbət perspektiv yaratmır


Azərbaycan və Ermənistan arasında mövcud vəziyyətin beynəlxalq səviyyədə danışıqlar masasına çıxarılmasına ehtiyac yoxdur. İndi iki dövlət arasında sərhədlərin delimitasiyası və perspektivdə münasibətlərin nizamlanması və əlaqələrin yaradılması məsələləri həllini gözləyir. Bu kifaəyət qədər aydın görsənən konturlara malik məsələlərdir. Buna 3-cü dövlətlər, xüsusilə də Azərbaycan və Ermənistanla heç bir sərhəddə malik olmayan ölkələr hansı töhfəni verə bilər! Ona görə də Ermənistan rəhbərliyi ilə keçirilən görüşlərdə vasitəçilərin iştirakı heç bir müsbət perspektiv yaratmır.

Newscenter.az-a xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli Azərbaycan-Ermənistan təmaslarının Almaniyanın təşəbbüsü ilə keçirilməsini şərh edərkən səsləndirib. O bildirib ki, vaxtilə ATƏT-in vasitəçiliyi ilə də iki ölkə arasında danışıqlar prosesinin aparıldığının şahidi olmuşuq:

"Hətta danışıqların intensivləşməsi problemin həllinə deyil, problemin dondurulmasına xidmət edirdi. Hazırda da eyni ssenarinin oynanıldığı təəssüratı yaranır. Bu isə iki ölkə arasında sülhün təmin edilməsi və əlaqələrin inkişafı baxımından qorxulu hisslər doğurur".

Mütəllim Rəhimli deyib ki, Azərbaycan və Ermənistan liderlərinin Münxen görüşündən sonra XİN rəhbərlərinin bir araya gəlməsi Qərb vasitəçiliyinin təzahürləridir:

"Ola bilsin bu təşəbbüslərə gələcəkdə fərqli ölkələrin də əlavələri olsun. Amma bunun problemin mahiyyətinə nüfuz edəcəyi istisnadır. Çünki bu təşəbbüslər asasinda keçirilən danışıqlarda tərəflər özlərinin sülhsevər missiyasını nümayiş etdirir, nəinki problemin həllinə səy göstərirlər. Ən yaxşı halda iki ölkə ortada olan dəqiqləşdirmələri vasitəçilərsiz aparmalıdır. Yalnız bununla regionda davamlı sabitliyi təmin etmək mümkün olacaq".

Süleyman
Xəbəri paylaş