Qırğızıstanda sahibkarlar üçün sığorta haqları iki dəfə azaldıacaq.
Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, bu, Prezident Sadır Japarovun imzaladığı “Sahibkarlıq subyektləri üçün əlverişli vergi mühitinin yaradılması və sığortaolunanların dövlət sosial təminatına marağının artırılması haqqında” fərman əsasında mümkün olacaq.
Fərmanda qeyd edilir ki, bir çox sahibkarlar qeyri-formal sektorda işləməkdə davam edirlər. Bu da ölkənin rəqabət qabiliyyətinin və innovasiya potensialının inkişafına əngəllər yaradır.
Fərman əsasında, Nazirlər Kabinetinə tapşırılıb ki, sahibkarlıq subyektləri üçün sığorta haqlarının dərəcələrinin 27,25 faizdən 12,25 faizə endirilsin.
Bundan əlavə, Nazirlər Kabineti Sosial Fonda əlavə transfertlərə də baxmalıdır.
Mehman Mehdiyev