Azərbaycan enerji sektorunda Avropa İttifaqının sınanmış tərəfdaşıdır və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Newscenter.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
Onun sözlərinə görə, daha da aydın olur ki, Avropa Rusiya ilə bundan əvvəlki ənənəvi münasibətlərə qayıtmayacaq: «İndi bu məkan sadiq tərəfdaşlardan ibarətdir».
«Mən bura ilk dəfə 2022-ci ildə gəlmişəm, o vaxt münasibətlərimizin potensialını ən yaxşı şəkildə necə reallaşdıracağımızı müzakirə etdik. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz nəqli hazırda 2021-ci illə müqayisədə 46 faiz çoxdur. Dediyim kimi, Azərbaycan həqiqətən də Avropa oyunçusuna çevrilir, buna görə də biz bu birgə təchizat sistemini genişləndirməyə çalışırıq», — o bildirib.
Natiq Orucov