Kolumbiya İsraildən bütün növ silah almağı dayandırıb.
Newscenter.az xəbər verir ki, bunu ölkə prezidenti Qustavo Petro deyib. Kolumbiya prezidenti bunu İsrailin Qəzzada humanitar yardım gözləyən fələstinliləri hədəf alan hücumuna cavab olaraq etdiklərini deyib.
Qeyd edək ki, ötən gün İsrail ordusu Qəzza şəhərinin cənubunda Qəzza zolağının şimaldan cənuba birləşdirən hissəsində humanitar yardım gözləyən fələstinlilərə hava zərbələri endirib. Nəticədə 112 fələstinli ölüb, 760 nəfər isə yaralanıb.
Mehman Mehdiyev