Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir.
Newscenter.az[/b] xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında səsləndirib.
Bunun, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Çünki bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı”.
[b]Sevinc Mehdiyeva