Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada insanların beynəlxalq hüquqa inamı da qətlə yetirildi

Qəzzada insanların beynəlxalq hüquqa inamı da qətlə yetirildi


"Qəzzada yaşananlar müharibə deyil, bir soyqırımdır. Qəzzada mülki şəxsləri öldürüldüyü, xəstəxanaların vurulduğu, humanitar yardım gözləyən insanların bombalandığı bir barbarlıq yaşayırıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diplomatiya Forumunda çıxışı zamanı deyib.

Bu günə qədər 30 minə yaxın fələstinlinin qətləy yetirildiyini deyən Ərdoğan bildirib ki, Qəzzada yalnız insanlar öldürülmədi, eyni zamanda insanların beynəlxalq hüquq və prinsiplərə olan inamı qətlə yetirildi:

"Beynəlxalq birlik bu inamsızlığı Fələstin dövlətini tanımaqla aradan qaldıra bilər",-deyə Ərdoğan söyləyib.

Mehman Mehdiyev
Xəbəri paylaş