Türkiyənin Ağrı vilayətində zəlzələ baş verib.
Newscenter.az xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) verib. AFAD-ın yaydığı xəbərə görrə, hadisə Ağrı vilayıtində qeydə alınıb.
3,9 bal gücündə qeydə alınan zəlzələnin episentri Ağrının Diyadin qəsəbəsində olub. Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib. Hər hansı dağıntı və itki olmayıb.
Anar Əliyev