Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Bolqarıstanla müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirəcək

Türkiyə Bolqarıstanla müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirəcək


Türkiyə ilə Bolqarıstan arasında müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq daha da inkişaf etdiriləcək.

Newscenter.az Türkiyə Prezidentinin İnformasiya İdarəsinə istinadən bildirir ki, bu barədə razılıq Bolqarıstan Prezidenti Rumen Radev ilə Rəcəb Tayyib Ərdoğan arasında keçirlən görüşdə əldə edilib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyədə səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev ilə Antalyada görüşüb. Görüşdə Türkiyə və Bolqarıstan münasibətləri, Ukrayna-Rusiya və İsrail-Fələstin münaqişələri ilə bağlı son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə həm Ukrayna-Rusiya, həm də İsrail-Fələstin məsələlərində münaqişələrin bölgəyə yayılmasının qarşısını almağa üstünlük verir və problemlərin dialoq və sülh yolu ilə həlli üçün maksimum səy göstərir.

Anar Əliyev
Xəbəri paylaş