Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda mikroavtobus körpüdən aşıb, sürücü xəsarət alıb

Xaçmazda mikroavtobus körpüdən aşıb, sürücü xəsarət alıb


Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Newscenter.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, "Ford" markalı mikroavtobusun çaya aşması nəticəsində sürücü Mehdi İsayev xəsarət alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş