Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 277 nəfər sərhəddə saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.
Bu barədə Newscenter.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.
Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 395 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
Mehman Mehdiyev