Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yerli komandanlıq özünü ağıllı aparsaydı, 4 qurbanımız olmazdı-Ohanyan

Yerli komandanlıq özünü ağıllı aparsaydı, 4 qurbanımız olmazdı-Ohanyan


“Bu gün Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrinin bölmələri üz-üzədir. Bölmələr arasında hər hansı təxribatın qarşısını almaq və müvafiq tədbirlər görmək Silahlı Qüvvələrimizin funksiyasıdır. Yerli komandanlıq özünü ağıllı aparsaydı, 4 qurbanımız olmazdı".

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının lideri Seyran Ohanyan bir neçə gün əvvəl şərti sərhəddə baş verən erməni təxribatından danışarkən səsləndirib. Sabiq nazirin sözlərinə görə, ən əsası isə odur ki, həmin aksiyadan sonra heç bir əks-hərəkət olmayıb.

Ohanyan hazırkı ordu rəhbərliyi, ümumən hakimiyyəti səriştəsizlikdə ittiham edib.

Mehman Mehdiyev
Xəbəri paylaş