Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskinin Ermənistana səfəri təsdiqini tapmayıb

Zelenskinin Ermənistana səfəri təsdiqini tapmayıb


Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi xəbəri öz təsdiqini tapmayıb.

Newscenter.az “Armenpress”-ə istinadən bildirir ki, Ukrayna prezidentinin Aparatının İctimai İnformasiya Departamentinin rəhbəri Aleksandr Xripunov belə bir səfərin baş tutacağını istisna edib:

"Ukrayna prezidentinin və Ukrayna prezidentinin aparatının fəaliyyəti ilə bağlı məlumatlar sistemli və operativ şəkildə Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilir. Lakin səfər barədə hələlik hansısa xəbər yoxdur”.

Qeyd edək ki, Zelenskinin martın 4-də Cənubi Qafqaza səfərə gələcəyi və səfər zamanı Ermənistan və Azərbaycanda olacağı bildirilirdi.

Anar Əliyev
Xəbəri paylaş