Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul qrafikinə uyğun olaraq martın 6-da Milli Məclisin inzibati binasında şəhid ailələrinin üzvlərini, qaziləri, habelə müraciət edən digər vətəndaşları qəbul edib.
Newscenter.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar tərəfindən sosial, humanitar, təhsillə bağlı edilən müraciətlərin bir qismi vitse-spiker tərəfindən yerindəcə həll olunub.
Digər müraciətlərin həlli məqsədilə sədr müavini Adil Əliyev tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə məktublar göndərilib, vətəndaşlara mövcud qanunvericiliyin tələblərinə dair hüquqi izahlar verilib. Araşdırılması vaxt tələb edən müraciətlərin hər biri vitse-spiker tərəfindən nəzarətə götürülərək, həlli istiqamətində müvafiq addımlar atılır.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, sədr müavininin ünvanına daxil olan bütün müraciətlər tam, hərtərəfli araşdırılır və qanunvericiliyə uyğun olaraq lazımı tədbirlər görülür.
Süleyman