Sabah Oman körfəsində Rusiya, Çin və İranın birgə hərbi dəniz təlimləri başlayacaq,
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, təlimlərƏ Qazaxıstan da qoşulacaq. Ümumilikdə isə təlimlərdə Rusiya, Çin və İranla yanaşı Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrika Respublikasının nümayəndələri iştirak edəcək.
Təlimlərin məqsədi regionda, o cümlədən beynəlxalq dəniz ticarəti sahəsində təhlükəsizlik əsaslarını gücləndirmək, iştirakçı ölkələr arasında çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi olan dəniz icması yaratmaq və həyata keçirməkdir.
Mehman Mehdiyev