Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Jalə Əhmədova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb

Jalə Əhmədova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb


Milli Məclisin deputatı Jalə Əhmədova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Deputat qeyd edib ki, görüşdə Türk mədəniyyəti və irsinin gələcək nəsillərə ötürülməsi, prezidenti olduğu Dünya Alpaqut Federasiyanın fəaliyyəti, habelə Fond ilə DAF-ın gələcək əməkdaşlığı və bu istiqamətdə layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparılıb:

"Aktotı xanımın DAF ilə bağlı geniş məlumatlara sahib olması isə mənə çox xoş təsir bağışladı. Fondun prezidenti, beynəlxalq arenada yüksək nailiyyətlər qazanan Alpaqutu dəstəklədiyini vurğulayaraq DAF-a bu yolda yeni uğurlar arzuladı".

Jalə Əhmədova, "Xoş və səmimi ab-havada keçən görüşə görə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı xanım Raimkulovaya dərin təşəkkürlərimi bildirirəm.

Onu da qeyd edim ki, Aktotı Raimkulova bəstəkar, sənətşünaslıq üzrə elmlər doktoru, dövlət idarəçiliyi və beynəlxalq inkişaf üzrə elmlər doktoru, fəlsəfə üzrə elmlər doktoru, Qazaxıstan Prezidenti yanında Ali Attestasiya Komissiyasının professoru, Qazaxıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü, Qazaxıstanın Əməkdar xadimidir",-deyə bildirib.

Süleyman İsmayilbəyli
Xəbəri paylaş