“İran bir qayda olaraq hər zaman Azəbaycana qarşı səmimi qonşuluq münasibətlərindən kənar münasibət sərgiləyib, qeyri-dost mövqe ortaya qoyub. Uzun illərdir ki, biz bu mənfi tendensiyanı müşahidə edirik”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi dövründə Tehranın bu qeyri-dost və işğalçı dövlətə dəstək nümayiş etdirən mövqeyini açıq şəkildə gördük:
“Hazırda da İran öz məkirli siyasətinə sadiqdir. Bir vaxtlar Azərbaycana Birləşmiş Ştatlar və İsraillə yaxından əməkdaşlıq etdiyinə görə irad bildirən İran indi Amerikanın onun sərhədlərinə yaxınlaşmasını seyr etməklə məşğuldur. Bunun özü siyasi riyakarlıq və Ermənistanın maraqlarına xidmət edən addımdır”.
Politoloqun sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, İran güclü, qüdrətli Azərbaycan görmək istəmir və bunun üçün hətta şeytanla da əməkdaşlığa gedər.
Mehman Mehdiyev