Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan avtomobillərinin Gürcüstana keçidi bağlandı

Ermənistan avtomobillərinin Gürcüstana keçidi bağlandı


Ermənistan avtomobillərinin Gürcüstan vasitəsilə Rusiyaya hərəkəti bağlanıb.

Newscenter.az news.am-a istinadən bildirir ki, buna səbəb uçqun təhlükəsidir. Belə ki, qar uçqunu təhlükəsi ilə əlaqədar Gürcüstan-Rusiya sərhədi istiqamətində (Yuxarı Lars keçid məntəqəsi) bütün növ avtomobillərin hərəkətinə qadağa tətbiq edilib.

Gürcüstan Avtomobil Yolları Departamentinin məlumatına görə, Mtsxet-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində yol bir neçə saat ərzində minik avtomobilləri üçün açılsa da, uçqun riskinin artması səbəbindən yenidən bağlanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş