Qərbin, Birləşmiş Ştatların Ukraynaya hərbi və maliyyə yardımlarının gecikməsi Rusiya-Ukrayna qarşıdurmasında Moskvanın əlini möhkəmləndirir və cərəyan edən proseslər fonunda Kiyev tədricən məğlub duruma doğru irəliləyir.
Newscenter.az-ın xəbərinə görə, cərəyan edən prosesləri şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya Ukrayna cəbhəsində situasiya Kiyevin əleyhinə dəyişir. Onun sözlərinə görə, Rusiyanın hücumları, taktiki uğurlar əldə etməsi Ukrayna ordusunda ruh düşkünlüyü və geri çəkilmə ilə nəticələnir:
"ABŞ-da prezident seçkiləri öncəsi Kongresin Ukraynaya yardımları təsdiq etməməsi, Avropanın vahid mövqeyinin olmaması V. Putini kifayət qədər cəsarətləndirib.
Rusiya prezidenti təkcə Ukrayna ilə deyil, Polşa və Bribaltika ölkələrini və Mərkəzi Asiyani cəzalandırmağı planlaşdırır. Təbii ki, Avropanın cəsarətsizliyi, ABŞ vecsizliyi Ukraynanın bir dövlət kimi mövcudluğunu sual altına qoyub".
Politoloq deyib ki, Almaniya, Fransa və Böyük Britaniya üçlük koalisiya yaradıb, Ukraynada Rusiyanın hücumlarını dayandıra bilər:
"Vaşinqtonda hesab edirdilər ki, Avropa Rusiya qarşısında mövqeyini ortaya qoyacaq. Amma, ABŞ respublikaçilarda İranın İsrailə hücumunun nə qədər təhlükəli olduğunu, Rusiya və İranın ikili əməkdaşlığınin Vaşinqtonun beynəlxalq maraqlarına təhdid olduğunun fərqinə gəlib.
Növbəti ayda Respublikaçıların Ukraynaya hərbi yardımı təsdiq etməsi mümkün ola bilər. Almaniya və Fransada Ukraynada Rusiyanın irəliləyişinin təhlükəli olduğunu, Moskvanın Avropa üzərində dominantlığının yaxınlaşdıgıni hiss etdikdən sonra Ukraynaya əməli hərbi yardımları artıracaq. Proses yay aylarında mümkün görünür".
Anar Əliyev