Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident 4 ölkəyə yeni səfir təyin edib

Prezident 4 ölkəyə yeni səfir təyin edib



Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev 3 ölkəyə yeni ssfir təyin edib.

Newscenter.az Akorda.az-a istinadən bildirir ki, dövlət başçısının imzaladığı sərəncam ilə Qazaxıstanın Birləşmiş Ərəb Əmirlikləri, Oman Sultanlığı və Koreya Xalq Demokratik Respublikasında səfirləri təyin edilib.

Qeyd edək ki, Qazaxıstan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şaxrat Şakizatulı Nurışev Qazaxıstanın Koreya Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini təyinat alıb.

Bundan başqa, dövlət başçısının digər sərəncamı ilə Madiyar Smadiloviç Menilbekov Qazaxıstan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilərək, Qazaxıstan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

Anar Əliyev
Xəbəri paylaş