Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubadlıda top mərmiləri aşkarlanıb

Qubadlıda top mərmiləri aşkarlanıb


Qubadlıda top mərmiləri aşkar edilib.

Bu barədə Newscenter.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinə rayonun Yazı düzü ərazisində qazıntı işləri aparılan zaman mərmilərin aşkar edilməsi ilə bağlı məlumat daxil olub.

Əraziyə baxış keçirilən zaman müxtəlif kalibrli 6 ədəd top mərmisi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş