Son vaxtlar səhiyyə sahəsində tez-tez rast gəlinən problemlərdən biri də beyin pozuntularıdır.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, beyin pozuntusundan əziyyət çəkən insanlar yaddaş itkisi yaşayır, yaxın hadisələri xatırlamaqda çətinlik çəkirlər. Yaddaş problemləri yaşayan kimi
pasiyentlər yaddaşlarındakı boşluqları uydurma xatirələrlə doldurub bunlarla bağlı
danışa bilərlər. Ağır vakalarda yeni təcrübələr bir neçə dəqiqədən daha artıq yaddaşda
saxlanmır.
Psixoloq bildirib ki, insan harada olduğunu, hansı gün olduğunu bilmir, tanıdığı insanları xatırlaya, tanıya bilmir.
Anar Əliyev