Ukrayna prezidenti Zelenski COP 29-a dəvət edildi.
Çox böyük ehtimalla Rusiya prezidenti Putinin də dəvət ediləcəyi barədə bildirilir. Əslində bu kimi beynəlxalq tədbirlərin həmçinin, faydalı siyasi tərəfləri də olur. Bu baxımdan Bakıda COP 29 çərçivəsində Rusiya və Ukrayna prezidentləri bir araya gələ bilər.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Azərbaycan prezidenti İlham Əliyev, ev sahibi kimi bu təşəbbüsü mütləq irəli sürəcək:
"Sözsüz ki, görüşün baş tutması barədə öncədən fikir bildirmək çətindir. Amma, nəticə nə olursa olsun, bu təşəbbüs bizim ölkəmizdə baş verəcək və iki ölkə arasında indiyə qədər prezidentlər səviyyəsində görüşün baş tutmasına yaxınlaşma şansı baş verməyib. Ölkəmiz açısından bu bizim dünyada barışcıl və sülhsevər olduğumuzu bir daha sübut edəcək".
Anar Əliyev