Birləşmiş Ştatlar fələstinlilərlə bağlı müsbət addım atmağı düşünür.
Newscenter.az CBS News-a istinadən bildirir ki, ABŞ administrasiyası ABŞ-la əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır.
Xəbərdə ABŞ vətəndaşı olan və ya ölkədə yaşayan qohumu olan fələstinlilərlə bağlı araşdırmaların aparıldığı vurğulanıb.
Bildirilib ki, ABŞ-da qohumları olan fələstinlilərə yönələn bu tətbiqin müharibədən zərər çəkmiş Qəzzanı tərk edənlər üçün “təhlükəsiz sığınacaq” imkanı yaratması planlaşdırılır.
Qəzzadan Misirə keçməyi bacaranlara ABŞ-ın Qaçqınların Qəbulu Proqramı çərçivəsində qaçqın statusunun veriləcəyi bildirilib.
Anar Əliyev