Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan təkcə regionda deyil, ümumilikdə dünyada tolerant, multikultural ölkə kimi tanınır

Azərbaycan təkcə regionda deyil, ümumilikdə dünyada tolerant, multikultural ölkə kimi tanınır


«Azərbaycan hər zaman dini tolerantlığı, multikulturalizmi ilə seçilib. Günümüzdə də ölkəmizdə bu ali dəyərlərə xüsusi həssaslıqla yanaşılır, həmin prinsiplər ən yüksək səviyyədə qorunur. Ən müsbət məqam ondan ibarətdir ki, bu tendensiya artan templə davam edir və artıq dövlət siyasətinə çevrilib».

Bu fikirləri Newscenter.az-a «Milli İnkişaf» İctimai Birliyinin sədri Arzuman Muradlı Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan danışarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, ildən-ilə sözügedən foruma qatılan ölkələrin və iştirakçıların sayının artması bu siyasətə beynəlxalq aləmin, dünya birliyinin də dəstək nümayiş etdirdiyinin göstəricisidir:

«Bildiyiniz kimi Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Bu da öz növbəsində o deməkdir ki, ölkəmizdə qeyd edilən sahədə mövcud vəziyyət BMT və digər təşkilatlar tərəfindən təqdir edilir, bəyənilir».

Arzuman Muradlı deyib ki, Azərbaycan təkcə yerləşdiyi regionda deyil, ümumilikdə dünyada tolerant, multikultural ölkə kimi tanınır:

«İşğal illərində Azərbaycana məxsus tarixi-mədəni, dini abidələrin, məscidlərin ermənilər tərəfindən darmadağın edilməsinə baxmayaraq, paytaxt Bakıda erməni kilsəsinin təmir edilməsi və ona heç bir zərər yetirilməməsi bunun əyani sübutudur».

Süleyman
Xəbəri paylaş