«Azərbaycan dini tolerantlığı, multikulturalizmi ilə seçilən ölkədir. Bu prinsiplərə ölkəmizdə hər zaman yüksək diqqət və qayğı ilə yanaşılıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elvin Babayev Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan danışarkən səsləndirib.
O deyib ki, artıq altıncı dəfə keçirilən foruma qatılan ölkələrin və iştirakçıların sayının hər il artması bu siyasətə beynəlxalq aləmin, dünya birliyinin də dəstək nümayiş etdirdiyinin göstəricisidir.
Politoloq deyib ki, Azərbaycan təkcə yerləşdiyi regionda deyil, ümumilikdə dünyada tolerant, multikultural ölkə kimi tanınır.
Mehman Mehdiyev