BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası üçün (COP29) qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə yaxın zamanlarda elanın edilməsi gözlənilir.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan COP29-a ev sahibliyi edəcək.
Konfrans Bakı Olimpiya stadionunda baş tutacaq.