Bakıda Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi.
Newscenter.az xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Autizm təşkilatlarının nümayəndələri iştirak edirdi.
Konfransda TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış etdi və digər ölkələrin nümayəndələri fəaliyyətləri barədə qısa məlumat verdilər.
Konfransın gündəliyində Rusiya Federasiyasının Tatarıstan Respublikası və Türkmənistan Autizm təşkilatlarının TDAF - a üzv seçilməsi, prespektivdə olan işlər barəsində, hesabatlar, qarşılıqlı fəaliyyət protokolunun imzalanması və seçki məsələsi öz həllini tapdı.
Milli Məclisin deputatı Vüqar İskəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçildi.
1-2 may tarixlərində təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcək.
Süleyman