Ermənilər arasında kütləvi dava düşüb.
Newscenter.az news.am-a istinadən bildirir ki, hadisə Masisdə qeydə alınıb. Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin Ararat Mərz Şöbəsinə Masis şəhərinin 2-ci küçəsində yerləşən evlərdən birinin qarşısında avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəbindən mübahisə və dava baş verməsi barədə əməliyyat məlumatı daxil olub.
Polislər hadisə yerinə gələnə qədər hadisə kütləvi davaya çevrilib.
Polis və patrul əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə davada iştirakçı olan bir neçə nəfər saxlanılıb.
Anar Əliyev