ABŞ Federal Ehtiyat Sistemi siyasət faizini gözləntilər daxilində dəyişməyərək son 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz aralığında saxlayıb.
Newscenter.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) verdiyi açıqlamada faiz dərəcəsinin sabit saxlanılması qərarının yekdilliklə qəbul edildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, son göstəricilər iqtisadi fəallığın möhkəm templə genişlənməkdə davam etdiyini göstərir.
Açıqlamada, məşğulluq artımlarının güclü olduğu və işsizlik nisbətinin aşağı səviyyədə qaldığı, inflyasiyanın isə keçən il ərzində azaldığı, lakin yüksək olaraq qaldığı ifadə edildi.
Natiq Orucov