Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək

Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək


Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək.

Newscenter.az xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro İsrailin Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlarına görə sabahdan etibarən diplomatik əlaqələri kəsəcəyini açıqlayıb.

Prezident Qustavo Petro Kolumbiyanın paytaxtı Boqotada keçirilən "1 May Əmək və Həmrəylik Günü" qeyd etmələrinə qatılıb və tarixi Bolivar Meydanında xalqa müraciət edib.

Prezident Petro, İsrail Dövləti ilə diplomatik əlaqələrin sabah kəsiləcəyini ifadə edərək, "Çünki bu, soyqırımlı bir lider və hökumətdir", deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş