Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron səhv addım atdığının fərqinə vardı

Makron səhv addım atdığının fərqinə vardı


Fransa prezidenti Emmanuel Makron bir müddət əvvəl msələhətləşmə üçün Parisə çağırdığı səfirini yenidən Bakıya qaytarıb. Bəs görəsən Makronu bu addımı atmağa vadar edən nə idi?

Newscenter.az-ın xəbərinə görə, politoloq Elvin Babayev deyib ki, Fransa prezidenti səfiri geri qaytarmaqla indiyə qədər nə dərəcədə böyük səhvə yol verdiyinin fərqinə varıb:

"Makron əmin oldu ki, regiondan uzaqlaşmaq, səfirini geri çağırmaq kimi absurd addımlarla əslində özünün Cənubi Qafqazda olan maraqlarını zərbə altına qoyur. Eyni zamanda Fransanın regiondan uzaqlaşması digər güclərin regiona nüfuz etməsinə gətirib çıxarır".
Xəbəri paylaş