Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Bankın uçot dərəcəsini azaltması infilyasiya göstəricilərinə təsir edəcək?

Mərkəzi Bankın uçot dərəcəsini azaltması infilyasiya göstəricilərinə təsir edəcək?


Mərkəzi Bankın uçot dərəcəsini azaltması ciddi müzakirələrə səbəb olub. Bir çoxları hesab edirlər ki, bu qərar infilyasiya göstəricilərinə təsirsiz ötüşməyəcək.

Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, Mərkəzi Bankın uçot dərəcəsini azaltması (7.5%-dən 7.25%-ə) infilyasiya göstəricilərinə ciddi təsir etməyəcək. Onun sözlərinə görə, çünki, Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən infilyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi baş verir:

"Azərbaycan bu kanalların infilyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar infilyasiyaya təsir etmir".

"Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə infilyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz AMB-nın bu qərarı hər iki bazarın - banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır".

Anar Əliyev
Xəbəri paylaş