Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orduya yeni çağırılmış iki əsgər hərbi hissədən qaçıb

Orduya yeni çağırılmış iki əsgər hərbi hissədən qaçıb


Həqiqi hərbi xidmətə çağırılmış iki əsgər hərbi hissədən naməlum şəraitdə qaçıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Şimali Qazaxıstanda baş verib.

Şimali Qazaxıstan vilayətinin Müdafiə İşləri Departamenti xəbər verir ki, yeni qəbul olunmuş əsgərlər Karaqanda vilayətinə qaçıblar.

Belə ki, aprelin 27-də saat 19:39-da Karaqanda vilayətinin 85510 saylı hərbi hissəsində xidmətə yeni çağırılmış çağırışçılar Petropavlovsk şəhər stansiyasında “Samara-Qaraqandı” qatarında vaqondan çıxıb və naməlum şəraitdə qaçıblar.

Faktla bağlı cinayət işi başlanıb, 21 sentyabr 2003-cü il təvəllüdlü Kusayinov Bəxtiyar Bauyrjanulı və 18 sentyabr 2004-cü il təvəllüdlü Kovalenko Vladislav Aleksandroviç axtarışa verilib.

Anar Əliyev
Xəbəri paylaş