Özbəkistanın Kimya Texnologiya Universitetinin tələbələri Azərbaycana təcrübəyə gələcəklər.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) sədri Ruslan İmanzadə verib. Bildirib ki, bu barədə razılıq sözügedən təhsil ocağının rəhbərliyinin Azərbaycana səfəri zamanı əldə edilə bilər:
"Bildiyiniz kimi Özbəkistan Kimya Texnolgiya Universitetinin rektoru, professor Botır Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Mənim və təhsil ocağının prorektoru Anvar Şernaevin daxil olduğu nümayəndə heyəti Ağsu rayonundakı AzQaranata müəssisəsi ilə danışıqlar aparacaq. Yaxın gələcəkdə sözügedən universitetin tələbələrinin təcrübə keçmək üçün həmin zavoda gəlməsi üçün razılaşma əldə olunacaq".
Ruslan İmanzadə deyib ki, tələbə və müəllimlərin təxminən 1 ay müddətində sözügedən müəssisədə təcrübə keçməsi nəzərdə tutulur.
Süleyman