Qazaxıstanla Çin arasında sərhəd müvəqqəti olaraq bağlanacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan və Çin hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, mayın 1-də, 7-də və 9-da Qazaxıstan-Çin sərhədindəki yol-keçid məntəqələrində, beynəlxalq təhlükəsizlik mərkəzi istisna olmaqla, insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti müvəqqəti olaraq dayandırılacaq",-deyə məlumatda bildirilir.
Bundan başqa, Qazaxıstan-Özbəkistan sərhədində aparılan yenidənqurma işləri ilə əlaqədar Kaplanbek keçid məntəqəsi bağlanıb, Tajen, Atameken və Kazıqurt keçid məntəqələrində insanların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Rusiya, Qırğızıstan və Türkmənistan istiqamətlərində nəzarət-buraxılış məntəqələri isə normal rejimdə işləyir.
Anar Əliyev