Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran MAQATE-nin 130 müfəttişinin ölkədə işləməsinə icazə verib

İran MAQATE-nin 130 müfəttişinin ölkədə işləməsinə icazə verib


İran Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Newscenter.az TASS-a istinadən xəbər verir ki, rəsmi Tehran MAQATE-nin 130 müfəttişinin ölkədə işləməsinə icazə verib.

Bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami məlumat verib.

“Biz heç bir MAQATE müfəttişinin İrana gəlməsinə qadağa qoymamışıq, ümumilikdə 130 MAQATE müfəttişinin İrana səfərinə və yoxlama aparmasına icazə verilib”, - deyə Eslami bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İran MAQATE müfəttişlərinin ölkədə fəaliyyətinə qadağa qoymuşdu.

Anar Əliyev
Xəbəri paylaş