Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada dronlar neftayırma zavoduna hücum edib

Rusiyada dronlar neftayırma zavoduna hücum edib


Mayın 1-nə keçən gecə dronlar Rusiyanın Ryazan və Voronej vilayətlərinə hücum edib. Ryazan Neftayırma Zavodunda yanğın baş verib.

Newscenter.az xəbər verir ki, bu barədə “Baza”, həmçinin Ryazan və Voronej vilayətlərinin qubernatorları bildirib.

Şahidlərin sözlərinə görə, neftayırma zavoduna hücum səhər saat üç radələrində baş verib. Əvvəlcə gurultu eşidilib, sonra iki partlayış baş verib.

Hazırda ərazidə təcili xidmətlər işləyir.

Ryazan vilayətinin qubernatoru Pavel Malkov hücumu təsdiqləyərək bir dronun vurulduğunu deyib. Məmur Ryazan Neftayırma Zavoduna uçan PUA-ların sayını açıqlamayıb.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev öz teleqram kanalında yazıb ki, çərşənbə günü gecə Voronej vilayətinin ərazisində iki dron vurulub.

Onun sözlərinə görə, onlardan biri Voronej şəhərinin ətrafında, digəri isə Voronej vilayətində vurulub.(report)
Xəbəri paylaş