Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın vaxtlarda Rusiya-Ukrayna sülh danışıqları prosesindən söhbət gedə bilməz

Yaxın vaxtlarda Rusiya-Ukrayna sülh danışıqları prosesindən söhbət gedə bilməz


İyunun 15 və 16-da İsveçrədə ikigünlük qlobal sülh sammiti keçiriləcək. Bəzi ekspertlərin, Sammit çərçivəsində Ukrayna və Rusiya arasında sülh danışıqlarının baş tutması üçün əlverişli şəraitin yaradılmasını qeyd edirlər. Ukrayna prezidenti Zelinski sülh danışıqlarına hazır olduqlarını bildirsə də, Rusiya prezidenti Putin isə bunu istəmədiyini, deyib. Bu vaxt itkisindən başqa bir şey deyil, deyərək əlavə edib.

Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, əslində isə sülh danışıqları prosesinə icazə verməyən ABŞ -dır:

"Çünki ABŞ və Qərbin, Rusiya və Ukrayna müharibəsi kontekstində yürütdükləri siyasətdə hələ ki, sülh danışıqları prosesinə başlamaq kimi fikirləri yoxdur. Yaxın günlərdə Ukraynaya ayrılan maddi və hərbi yardımlar deməyə əsas verir ki, edilən yardımları Ukrayna müharibəsinin daha da kəskinləşməsinə hesablanmış addım kimi hesab etmək olar. Əslində bu Ukrayna acısından nə qədər faydalı və yaxud da nə qədər yanlış siyasət olduğunu gələcək zaman göstərəcək. Amma Rusiyanın da, Qərbin bu addımlarına qarşı biganə qalmayacağını nəzərə alsaq və bu səbəbdən Rusiyanın daha da aqressiv şəkildə cavab verəcəyini hesaba alsaq, yaxın vaxtlarda sülh danışıqları prosesindən söhbət gedə bilməz".

Çingiz Şahbazi, "Göründüyü kimi ABŞ Rusiyaya qarşı sərt mövqe sərgiləyir. Bu da o anlama gəlir ki, ABŞ Ukraynada mövqelərini möhkəmləndirib və sülh danışıqları prosesinə Amerikanın icazə verib-verməməsi mütləq şəkildə Ukrayna prezidenti Zelinski tərəfindən nəzərə alınır. Əks təqdirdə isə Ukrayna prezidenti Zelinski öz tutduğu postunda sabitliyi itirə bilər. Bütün bu reallıqlar deməyə imkan verir ki, İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitində heç bir sülh danışıqları baş verməyəcək, ehtimalı daha yüksəkdir",-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş