Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun müzakirə edildiyi məkana çevrilib

Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqun müzakirə edildiyi məkana çevrilib


«Azərbaycan artq mədəniyyətlərarası və dinlərarası dialoqun müzakirə edildiyi məkana çevrilib. Bu kimi tədbirlərə yüksək səviyyədə evsahibliyi edən ölkəmiz bir qayda olaraq dünyamızı narahat edən qlobal məsələləri diqqət mərkəzində saxlayır, onları bəşəriyyətin gündəminə gətirir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə baş tutan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bunun əyani sübutudur».

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov  Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan danışarkən səsləndirib. Millət vəkilinin sözlərinə görə, hər keçən foruma olan beynəlxalq diqqət, iştirakçıların sayının getdiikcə artması onu deməyə əsas verir ki, bu forum əhəmiyyətli bir platformaya çevrilib:

«Bu dəfəki Forum xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə keçirilən V Forumdan sonra regionda baş verən proseslər, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra regionda yaranan yeni reallıqlar, eləcə də azad edilən ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq işlərinin iştirakçı ölkələrin nümayəndələrinin diqqətinə çatdırılması baxımından VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu əhəmiyyətli idi».

İqbal Məmmədov deyib ki, forumda dövlət başçısının çıxışı da xüsusi maraqla qarşılandı:

«Cənab Prezident ölkəmizin dini tolerantlıq, mədəniyyətlərarası dialoqa sadiqliyini bir daha iştirakçı ölkələrin diqqətinə çatdıraraq bunun dövlət siyasətimiz olduğunu bildirdi. Cənab Prezidentin çıxışındakı əsas mesajlardan biri də o idi ki,  tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma  bunun əksini etmək, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil».

Anar Əliyev
Xəbəri paylaş