Birləşmiş Ərəb Əmirliklərinin yaradılmasında iştirak edən Dubay Əmirliyinin Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmməd Əl Nəhyan dünyasını dəyişib.
Newscenter.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xəbər agentliyi WAM tərəfindən verilən açıqlamada, BƏƏ prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın əmisi və Əl-Ayn valisi Şeyx Təhnun bin Məhəmmədin vəfatından "kədərləndiyi" bildirilib.
Şeyx Təhnun bin Məhəmmədin vəfatından sonra ölkədə bayraqlar yarıya endirilib, 7 günlük matəm elan edilib.
Qeyd olunub ki, Şeyx Təhnun bin Məhəmməd gənc yaşlarından BƏƏ-nin qurucusu Şeyx Zayed Bin Sultan Əl Nəhyanın yanında olub, təcrübə qazanıb.
Qeyd edək ki, Şeyx Təhnun bin Məhəmməd BƏƏ-nin Kənd Təsərrüfatı Nazirliyinin və BƏƏ-nin neft və təbii qaz şirkəti ADNOC-un direktorudur.
Anar Əliyev