Braziliyada güclü daşqınlar səbəbindən 8 nəfər ölüb, 21 nəfər itkin düşüb.
Newscenter.az xəbər verir ki, Braziliyanın Rio Grande do Sul əyalətində leysan yağışların səbəb olduğu sel nəticəsində 100-dən çox şəhər güclü yağışlardan zərər çəkib. Səlahiyyətlilər daşqın nəticəsində 8 nəfərin öldüyünü, 21 nəfərin itkin düşdüyünü açıqlayıb və 1400-dən çox insanın təxliyə edildiyini bildirib.
Yaxın günlərdə “güclü yağışların” davam edəcəyi ehtimalı ilə əlaqədar əhaliyə daşqın riski xəbərdarlığı edilib.
Anar Əliyev