Ermənistanda revanşistlər ciddi cəhdlə baş nazir Nikol Paşinyanı devirməyə çalışırlar. Artıq dünəndən etibarən Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir. Bəs görəsən etirazçılar Nikol Paşinyanı devirməyə nail olacaqlarmı?
Newscenter.az-ın xəbərinə görə, politoloq Yusif Bağırzadə deyib ki, etiraz aksiyaları hansısa sürprizlərə, dəyişikliklərə yol açmayacaq:
Politoloq hesab edir ki, Paşinyan hakimiyyəti zəhmət çəkib ən qısa vaxt ərzində razılaşmaya uyğun olaraq üzərinə götürdüyü vəzifələri icra etməlidir. Əks təqdirdə nələrin baş verə biləcəyini bilir:
"Düşünürəm ki, etirazlar hansısa xoşagəlməz sürprizlərin baş verməsinə gətirib çıxarmayacaq. Konkret müddət var və o müddət ərzində də kəndlərimizin azad olunması təmin ediləcək".
Süleyman