Türkiyədə ət istehsalında artım qeydə alınıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, keçən il ölkədə 2 milyon 384 min 47 tona ət istehsal edilib. Bu göstərici 2022-ci illə müqayisədə 8,8 faiz çox deməkdir.
Məlumata görə, görə 2022-ci ildə 2 milyon 191 min 625 ton ət istehsalı edilib.
Ötən il 2022-ci illə müqayisədə mal əti istehsalı 6,2 faiz artaraq 1 milyon 670 min 606 tona, qoyun əti istehsalı 16,3 faiz artaraq 569 min 66 tona, keçi əti istehsalı 11,3 faiz artaraq 128 min 989 tona, camış əti istehsalı isə 11,3 faiz artaraq 128 min 989 tona çatıb.
2023-cü ildə ət istehsalının 70,1 faizini mal əti, 23,9 faizini qoyun əti, 5,4 faizini keçi əti və 0,6 faizini camış əti təşkil edib.
Natiq Orucov