İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin hər 3 ildən bir təşkil etdiyi növbəti sammit bu il mayın 4-5-də Qərbi Afrikanın ən kiçik ölkəsi olan Qambiyada keçiriləcək.
Newscenter.az xəbər verir ki. sammitdə İslam dünyasının üzləşdiyi aktual çağırışlar, nizamnamədə müəyyən edilmiş ümumi məqsədlərə nail olmaq üçün üzv ölkələr arasında əməkdaşlıq və həmrəyliyin artırılması, kiçik və orta sahibkarlığın canlandırılması kimi məsələlər müzakirə olunacaq.
Bundan başqa İƏT-ə üzv ölkələrin sammitində Qəzzadakı vəziyyət, İsrailin Qəzzada həyata keçirdiyi insanlıq əleyhinə cinayətlər barədə də müzakirələr aparılacaq.
Mehman Mehdiyev