Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”-DEPUTAT

“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”-DEPUTAT


Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi, Bakının ev sahibliyi ilə keçirilən Mədəniyyətlərası Dialoq Forumu çərçivəsində aparılan müzakirələr olduqca mühüm əhəmiyyət kəsb edir.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” devizi altında keçirilən 6-cı forumda da mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edən yeni ideyalar, təkliflər səslənir, mövcud problemlərin həlli yolları axtarılır. Tədbirdə 110 ölkənin təmsil olunması da göstərir ki, forum çox mühüm beynəlxalq platformadır. Bu dəfə də ziyalılar, siyasətçilər, media və vətəndaş cəmiyyətinin nümayəndələri daha təhlükəsiz dünya naminə məhz Bakida bir araya gəlib. Açılış mərasimində Prezident İlham Əliyevin də söylədiyi kimi, 2019-cu ildə Bakıda keçirlən 5-ci forumdan sonra dünya təhlükəsiz olmayıb. Biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını görürük. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Forumda müzakirə olunan məsələlərdən biri də çoxtərəflilikdir. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan öz təcrübəsini göstərib. Biz qəti şəkildə çoxtərəfliliyə sadiqik. Rəsmi Bakı çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər təşviq edib. Cənab Prezidentin çıxışındakı əsas mesajlardan biri də bu idi ki, əgər insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, dənizdə olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil.
Forumda hıəm də Azərbaycanın COP29-a ev sahibliyi etməsinə diqqət çəkildi. Bir daha bəyan olundu ki, Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə kimi öz rolunu körpülərin salınmasında görür. Dövlət başçımızın da söylədiyi kimi, Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə nail olmaq mümkündür.

Forumun gündəliyində yer alan vacib məsələlərdən biri də sülh və təhlükəsizlik, postmünaqişə dövüdür ki, burada da ən vacib mesajlardan biri Azərbaycanın sülhü müharibə vasitəsilə təmin etməsinin dünya ictimaiyyətinin diqqətinə növbəti dəfə çatdırılması oldu. Bu günün mənzərəsi təsdiqləyir ki, postmünaqişə dövründə də Azərbaycan sülhü təşviq edir. Üstəlik, artıq proses vasitəçisiz davam edir. Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları da bu qənaətdədir ki, Cənubi Qafqazda sülh yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

Aparılan müzakirələr, səslənən təklif və ideyalar da təsdiqləyir ki, dialoq sülhə aparan yoldur. Məhz “Bakı prosesi” də bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürməyi təklif edir.
Forumun gündəliyi onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci ildən keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq platformasına çevrilib. Ümumiyyətlə, əsası 2008-ci ildə qoyulan “Bakı prosesi”nin əsas məqsədi siyasi, mədəni və dini sahədə müxtəlif faktorlar arasında əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir. Bu illər ərzində “Bakı prosesi” həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında vacib platformaya çevrilib. Bu, dünyanın nüfuzlu beynəlxalq qurumlarını tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Könül Nurullayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş