"İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış məcburi köçkünlərlə müntəzəm olaraq sorğu keçirilir və onların istək və arzuları öyrənilir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov deyib.
Dövlət Komitəsinin rəsmisi deyib ki, hazırda ən vacib məsələlərdən biri məcburi köçkünlər üçün məşğulluqla bağlı treninqlərin keçirilməsidir. Sənan Hüseynov deyib ki, qeyri-hökumət təşkilatları məcburi köçkünlər arasında məşğulluqla bağlı treninqlər keçirsələr yaxşı olar:
"İndi bizim üçün əsas məsələ ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış dayanıqlı olsun".
Süleyman