Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır qəza, 16 yaralı var

Türkiyədə ağır qəza, 16 yaralı var


Türkiyədə ağır yol qəzası baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Antalyada baş verib. Antalyada Safari avtomobillərinin toqquşması nəticəsində 16 nəfər xəsarət alıb.

Məlumata görə, Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər yaralanıb. Qəzadan əvvəl nəqliyyat vasitələrində olan şəxslərin bir-biri ilə su davası etdiyi məlum olub.

Belə ki, maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzanın ardından bölgəyə çoxlu sayda jandarma, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Anar Əliyev
Xəbəri paylaş