Türkiyədə xəstəxana binası yanır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Ədirnə şəhərində qeydə alınıb. Belə ki, şəhərdəki Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasının damında yanğın baş verib.
Yanğını söndürmək üçün əraziyə çoxlu sayda yanğınsöndürən maşınlar cəlb edilib.
Hələlik yanğının səbəbi bilinmir.
Anar Əliyev