Rusiya Federasiyası 2030-cu ilə qədər özünü xammalla tam təmin edə və ixrac etməyə başlaya bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu “Rosnedr”in rəhbəri Yevgeni Petrov deyib. Onun sözlərinə görə, Rusiya 2030-cu ilə qədər 12 mineral xammal növü üzrə idxaldan asılılığını tamamilə aradan qaldıra bilər. Eyni zamanda, Rusiya Federasiyasında istehsal olunan məhsulların bir hissəsi ixracyönümlü olacaq.
“Görülən tədbirlər kompleksi nəticəsində 2030-cu ilə qədər biz 12 növ xammal - litium, niobium, tantal, nadir torpaq metalları, sirkonium, manqan, volfram, molibden, renium, vanadium, fluorspat, qrafit üzrə idxaldan asılılığımızı aradan qaldıra bilərik".
Petrovun sözlərinə görə, Rusiya iqtisadiyyatının tələbatından artıq istehsal ediləcək hər şey ixrac ediləcək.
Natiq Orucov